2 azyaşlı evdə yandı
Bizi izləyin

Qırmızı.az

2 azyaşlı evdə yandı

Tovuz rayonunda evlərin birində dəhşətli yanğın baş verib.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qovlar şəhərində yaşayan Kazım Kazımova məxsus evdə yanğın baş verib.


Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, Kazım Kazımovun iki azyaşlı qızı evdə qalıb. Xilasedicilər dərhal evə daxil olaraq uşaqları ordan çıxarıblar.


Hadisə nəticəsində ağır yanıq xəsarətləri alan 1 yaşlı Məsumə və 2 yaşlı Firuzə xəstəxanaya yerləşdirilib. Lakin Məsumənin həyatını xilas etmək mümkün olmayıb. Firuzənin vəziyyəti isə ağırdır.


Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm