Qırmızı.az
2 min nəfər müvəqqəti işlərlə təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları cari ilin yanvar-iyun aylarında 1995 nəfər şəxsi müvəqqəti xarakterli iş yerlərinə göndərib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, onlardan 1070 nəfəri qadın, 889 nəfəri gənc, 64 nəfəri qaçqın və məcburi köçkün olub.
Əmək birjaları natamam iş günü və natamam iş həftəsi üzrə işləyənlərin boş vaxtları ərzində əlavə qazanc əldə etmələri üçün onların qısa müddətli, o cümlədən birdəfəlik və ya mövsümi işlərlə təmin olunmasına kömək göstərir. Birjalarda bu məqsədlə əhalidən və ayrı-ayrı iş adamlarından müxtəlif növlərdə müvəqqəti xarakterli işlərin görülməsinə dair sifarişlər qəbul olunur və belə işlərdə çalışmaq üçün müraciət etmiş vətəndaşlara təklif edilir.
Ümumilikdə, cari ilin ilk yarısında ƏƏSMN-in məşğulluq xidməti orqanları 13 742 nəfər münasib işlə təmin edilib. Bu müddətdə 1 782 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, 57 327 nəfər isə peşəyönümü məsləhətlərinə cəlb edilib. Eyni zamanda, pilot layihə çərçivəsində ilk dəfə iş axtaran 15 nəfər ali təhsilli gənc ilk 6 ay ərzində əməkhaqlarının işəgötürən tərəfindən deyil, subsidiyalı formada BƏT-in maliyyə dəstəyi ilə ödənilməsi şərti əsasında münasib işlərlə təmin edilib.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı