Axtarışda olan 21 nəfər istintaqa cəlb edib
Bizi izləyin

Qırmızı.az

Axtarışda olan 21 nəfər istintaqa cəlb edib

Bu ilin birinci yarımilində hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 21 nəfər tapılıb istintaqa cəlb edilib.

Publika.az-ın məlumatına görə, bu barədə respublikanın hərbi prokuroru Xanlar Vəliyev bu ilin 6 ayının nəticələrinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində məlumat verib.

O bildirib ki, təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 72 yoxlama keçirilib, nəticədə 980 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 90 təqdimat göndərilib, 105 nəfərə xəbərdarlıq edilib, 37 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 72 yazılı göstəriş verilib.

Prokurorun təqdimatlarının baxılması nəticəsində 226 nəfər intizam məsuliyyətinə cəlb edilib.

Dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 35 apelyasiya protestinin 63 faizi təmin olunub. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə 130 məhkəmə prosesi səyyar qaydada keçirilib.

Hərbi prokurorluq orqanları törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 90,7 faizinin istintaq zamanı ödənilməsini təmin ediblər.

Hesabat dövründə hərbi prokurorluq orqanlarında vətəndaşların 978 müraciətinə baxılıb, 460 vətəndaş mərkəzi aparatda qəbul olub, ərazi hərbi prokurorluğunda 1459 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 1218 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm