Girovların ailə üzvləri Putinə müraciət ediblər
Bizi izləyin

Qırmızı.az

Girovların ailə üzvləri Putinə müraciət ediblər

Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova Rusiya prezidenti Vladimir Putinə və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinə müraciət ediblər.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Komitəyə daxil olan məlumata görə, müraciətlərdə D. Əsgərovla Ş. Quliyevin girovluqdan azad olunması xahiş edilib.

Rusiya Federasiyasının vətəndaşları olan Dilqəm Əsgərovun və Albina Veselovanın pasportlarının surəti həmin müraciətlərə əlavə edilib.

Müraciətlərin mətni və pasportların surəti məlumata əlavə olunur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm