TQDK: “Məleykə Abbaszadənin fikirləri təhrif edilib”
Bizi izləyin

Qırmızı.az

TQDK: “Məleykə Abbaszadənin fikirləri təhrif edilib”

TQDK: “Məleykə Abbaszadənin fikirləri təhrif edilib”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas təhsili müəssisələrinə qəbul prosesi və ümumilikdə Komissiyanın fəaliyyətinin işıqlandırılması ilə bağlı Kütləvi İnformasiya Vasitələrinin fəaliyyətini daim təqdir edir və bütün media qurumları ilə sıx əməkdaşlıq edir.

Lakin bəzi hallarda KİV tərəfindən bu və ya digər məlumatların təhrif olunması və ya birtərəfli qaydada ictimaiyyətə çatdırılması bizdə təəssüf hissi oyadır.Publika.Az-ın verdiyi xəbərə görə, bu barədə TQDK-nın mətbuat xidməti məlumat yayıb.

TQDK sədri Məleykə Abbaszadənin yanvarın 28-də 2013-cü ilin tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunmuş tədbirdən sonra KİV nümayəndələri üçün açıqlamasında irəli sürdüyü bəzi məsələlərə dair fikirləri bir sıra mətbuat orqanları tərəfindən təhrif olunmuş, müəyyən hallarda isə Komissiya sədrinin fikirləri konteksdən ayrılaraq natamam şəkildə təqdim edilmişdir.

M.Abbaszadə bəzi şəxslərin saxta diplom əldə etməsi ilə bağlı verilən suala münasibət bildirərkən bu məsələnin TQDK-nın səlahiyyətinə aidiyyatı olmadığını və belə hallarla hüquq-mühafizə orqanlarının məşğul olmalı olduğunu bildirib. Daha sonra isə bəzi dövlət ali məktəbləri adından belə diplomların verilməsinə TQDK-nın cavabdeh olmadığını vurğulamışdır. Diplom verən orqanların diplom verilməsi nəzərdə tutulan hər bir şəxs haqqında “Tələbə-məzun dövlət elektron məlumat sistemi”ndən müvafiq məlumatı öyrənmək imkanına malik olduğunu qeyd edib.

Bu açıqlamanı tam şəkildə deyil, yarımçıq halda təqdim etməklə süni şəkildə iki dövlət qurumu arasında qarşıdurma olduğunu qələmə verməyə cəhd göstərilib.

Adı çəkilən tədbirdə Mətbuat Şurası tərəfindən jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanlarının tətbiqi ilə bağlı irəli sürülmüş təklifə Komissiya sədrinin münasibəti də birtərəfli qaydada işıqlandırılıb.

Biz jurnalist həmkarlarımızı TQDK adından verilən məlumatları konteksdən ayırmadan, tam şəkildə təqdim etməyə çağırırıq.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm