Suriyadakı azərbaycanlılardan çağırış: “Qəzzaya gedin”
Bizi izləyin

Qırmızı.az

Suriyadakı azərbaycanlılardan çağırış: “Qəzzaya gedin”

Suriyada döyüşən azərbaycanlılar İsrailin Qəzzaya hücumunu kəskin pisləyiblər.

Publika.az mücahidlərə yaxın saytlara istinadən xəbər verir ki, Suriyada döyüşən cihadçı qruplar ayrı-ayrılıqda İsrailə qarşı çağırışlar edib. Çağırış edən qruplar arasında azəri camaatı da var.

Nusrət cəbhəsində döyüşən azəri camaatı Azərbaycan müsəlmanlarını Qəzzaya dəstək verməyə çağırıb: “Bütün müsəlmanlar, onların arasında da sizlər Qəzzaya getməlisiniz. Bu gün Qəzzada müsəlman qanı axıdılır, buna sakit baxmaq olmaz. Biz də eyni addımı atacağıq və Qəzzaya gedib İsrailə yerini göstərəcəyik”.

Azəri camaatı azərbaycanlı siyasətçiləri Qəzzaya dəstək verməməkdə günahlandırıblar.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm