Daşla vurub öldürdü - Bakıda dəhşət
Bizi izləyin

Qırmızı.az

Daşla vurub öldürdü - Bakıda dəhşət

Bakıda dəhşətli qətl törədilib.

“Qafqazinfo”nun xəbərinə görə, Nizami rayon Polis İdarəsindən bildirilib ki, hadisə “Koroğlu” Metrostansiyası yaxınlığında yerləşən körpünün altında qeydə alınıb. Adı hələlik istintaqa məlum olmayan 35-40 yaşlarında kişi naməlum şəxs və ya şəxslər tərəfindən başına “kubik”lə vuraraq qətlə yetirilib.

Baş vermiş qətl hadisəsi ilə bağlı əməliyyat qrupu yaradılıb.

Hazırda qətlə yetirilən və hadisəni törədən şəxs və ya şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm