
Burkina-Fasonun paytaxtından Əlcəzairə səfər edərkən Mali hava səmasında qəzaya uğrayan “Air Algerie” Hava Yollarına məxsus təyyarənin ilk görüntüləri ortaya çıxıb.
Axar.az xəbər verir ki, əsgərlər tərəfindən çəkilən görüntülər “France 2” kanalında nümayiş olunub.
Qeyd edək ki, qəza nəticəsində təyyarədə olan 116 sərnişin həyatını itirib.