• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xəstəxanaya narkotik keçirmək istədi

Xəstəxanaya narkotik keçirmək istədi

Bakı şəhər sakininin üzərindən narkotik çıxıb. Sabunçu Rayon Mühafizə İdarəsindən Publika.az-a verilən xəbərə görə, Maştağa qəsəbəsində yerləşən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının nəzarət-buraxılış məntəqəsinin əməkdaşları yaxınlarının yanına görüşə gələn vətəndaşların üzərinə baxış keçiriblər.

Bu zaman Bakı şəhər sakini 45 yaşlı Məmmədbağır Səidovun üzərindən 0,963 qram tiryək, 0,110 qram metadon və 0,01 qram diazepam tipli narkotik maddə aşkar ediblər.

Onun barəsində Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR