Paytaxtda cinayət törədən şəxs tutuldu
Bizi izləyin

Qırmızı.az

Paytaxtda cinayət törədən şəxs tutuldu

Paytaxtda oğurluq etdiyinə görə axtarışda olan şəxs artıq saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsindən Publika.az-a verilən xəbərə görə, qəsəbədə mağazanın qapısını sındırmaqla oradan tütün məmulatı, məişət və geyim əşyaları oğurlayan 25 yaşlı Rahim İmanov saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları İmişli rayon sakini R.İmanovla bağlı əməliyyat tədbiri keçirərkən onun digər cinayətinin də üstünü açıb. Müəyyən edilib ki, R.İmanov Sabunçu qəsəbəsindəki kafedən də oğurluq edib. Belə ki, orada işləyən Nərminə Abbasovanın əl çantasından 83 manat və iki mobil telefon görürərək qaçıb.

Polis onun cinayətə meyilli olduğunu, onun barəsində Sabunçu Rayon Polis İdarəsində araşdırma aparıldığını bildirdi.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm