Sabah imtahandır
Bizi izləyin

Qırmızı.az

Sabah imtahandır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 27-də Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinə (feldşer ixtisası üzrə) qəbul imtahanı keçirəcək.

Publika.az-ın məlumatına görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq. İmtahanın idarə olunmasına 19 imtahan rəhbəri, 204 nəzarətçi-müəllim cəlb edilib. İmtahanda 2429 abituriyentin (Bakı şəhərində 1711 nəfər, Naxçıvan şəhərində 718 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 106 nəfəri Hərbi Tibb Məktəbinə, 2323 nəfəri isə hərbi liseylərə daxil olmaq istəyir.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 2 saat davam edəcək. Abituriyentlər özləri ilə 2 sənəd - şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

Eyni zamanda, imtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və onların binaya daxil olmasına icazə verilməyəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm