Bakıda avtomobildən açar və sənəd oğurlandı
Bizi izləyin

Qırmızı.az

Bakıda avtomobildən açar və sənəd oğurlandı

Bakıda avtomobildən oğurluq edən Ağdam rayon sakini 25 yaşlı Zülfüqar Əliyev tutulub. Yasamal rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, o, Şərifzadə küçəsində “KIA” markalı avtomobili gizli yolla talayıb. Belə ki, avtomobilin şüşəsini sındırıb içərisindən 400 manat pul, ev açarları, eynək, kosmetik ləvazimatlar və sənədlər oğurlayıb.

Polis tərəfindən isti izlərlə saxlanılan şəxs əməlini etraf edərək bildib ki, “KİA”nın sürücüsü olan qadını bir müddət izləyib. Maddi imkanı olmadığından oğurluq edib.

Beləliklə, Zülfüqar Əliyev barəsində Yasamal rayon Polis İdarəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm