“Fazil Mustafa məzhəb ayrı-seçkiliyi salır”- QMİ rəsmisindən ittiham
Bizi izləyin

Qırmızı.az

“Fazil Mustafa məzhəb ayrı-seçkiliyi salır”- QMİ rəsmisindən ittiham

“Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli millət vəkili Fazil Mustafanın Qafqaz Müsəlmanları İdarəsini (QMİ) Ramazan bayramı təqviminə görə tənqid etməsinə sərt reaksiya verib.

Axund Publika.az-a açıqlamasında Fazil Mustafanı ölkədə məzhəb ayrı-seçkiliyi salmaqda ittiham edib.

“QMİ, şükürlər olsun ki, ölkədə yaşayan həm sünnələrin, həm şiələrin mənəvi maraqlarına xidmət edir. Bizim coğrafi yaxınlıq səbəbindən üfüq baxımından qonşu dövlətlə üst-üstə düşən, lakin Rəsədxanamızın verdiyi zaman ehtimalı ilə müəyyən olunan bayram günü ilə bağlı idarəmizi təəssübkeşliyində günahlandırandan soruşmaq istəyirəm. Bəs millət vəkili statusu daşıyan şəxsin ölkədə məzhəb ayrı-seçkiliyi salmasına nə ad vermək olar? Görəsən, millətin, dövlətin təəssübünü çəkməli olan bu şəxs kimlərin təəssübünü çəkir?!” - deyə Hacı Surxay F. Mustafaya cavab verib.

Qeyd edək ki, F. Mustafa QMİ-ni İranın təəssübünü çəkməkdə ittiham etmişdi.

“Dünyanın hər yerində bayram namazı 28 iyuldadır. Yalnız İranda və Azərbaycanda 29 iyulda təyin olunub. Deyəsən, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fətvası Qum saatına baxılaraq yazılıb, Şamaxı Rəsədxanasının teleskoplarının da gözünü Qum tutub. Nəinki Güneyimiz, elə Quzeyimiz də hələ ki İran dininin mənəvi müstəmləkəsi olaraq qalır. Kim istəyirsə gedib öz namazını İran ayətullalarının arxasında qılsın. Müstəqil bir dövlətin İranın kopyaçısına çevrilməyi utancverici bir haldır”, - deyə millət vəkili QMİ-ni ittiham etmişdi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm