Helikopterlər Tovuzda (FOTO)
Bizi izləyin

Qırmızı.az

Helikopterlər Tovuzda (FOTO)

Hərbi helikopterlər Tovuz rayonunda havaya qalxıblar. Rayon sakinlərinin ANS PRESS-ə verdikləri məlumata görə, artıq bir neçə gündür ki, ermən hərbi birləşmələri rayonun kəndlərini intensiv atəşə tuturlar. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi helikopterlər rayon səmasında uçmağa başlayıb. Sakinlərin sözlərinə görə, helikopterlər gün ərizində rayonun bütün kəndlərinin üzərindən uçaraq hərbi nəzarət funksiyayasını yerinə yetirirlər.


Qeyd edək ki, Müdafiə Nazirliyindən bu gün bildiriblər ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 41 dəfə pozulub.



Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Koxanəbi, Əlibəyli, Hacıalılı və Ağdam kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.



Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz gecə saatlarında 21:30-dan 01:50-dək avtomat və iriçaplı silahlardan intensiv atəşə məruz qalıb.

Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.



Qarşı tərəf cavab atəşi ilə susdurulub.






Oxumağa davam et
Reklam
Reklam

Gündəm