• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

II ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayı nə qədərdir?

II ixtisas qrupu üzrə  dövlət sifarişli yerlərin sayı nə qədərdir?

Bu il II ixtisas qrupu üzrə 22 532 abituriyent imtahan verib, onların 11079-u müsabiqədə iştirak hüququ əldə edib.

Publika.az-ın məlumatına görə, 122 nəfər 650-dən çox, 434 nəfər isə 600-700, 1076 nəfər 500-600 bal arası nəticə göstərib. 150-200 bal arası nəticə göstərən abituriyentlərin sayı 1893 nəfərdir.

Qeyd edək ki, II ixtisas qrupu üzrə qəbul planında Azərbaycan bölməsi üzrə 7864, rus bölməsi üzrə 1480 yer ayrılıb. Qəbul planında ümumi yerlərin sayı 10914-dür, onun 1870-i dövlət sifarişlidir.

İqtisadiyyat və menecment ixtisaslarının hər biri üçün dövlət sifarişi üzrə ayrılmış 25 yer uğrunda müsabiqədə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edə bilər.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR