Sumqayıtda qəza: ölən və xəsarət alan var
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda qəza: ölən və xəsarət alan var

Sumqayıt şəhərində ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən Publika.az-a verilən xəbərə görə, şəhər sakini Toğrul Hüseynalıyevin idarə etdiyi “VAZ-21099” markalı maşın Zülal Hacıyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ-21099” un sürücüsü Z. Hacıyev hadisə yerində ölüb. Maşında olan sərnişinlər – Sumqayıt şəhər sakinləri Bayram Rzayev, İlham Nəcəfov və Səməd Hüseynov xəstəxanaya yerləşdiriliblər.

Digər avtomobilin sərnişinləri isə yüngül xəsarətlə xilas olublar.

Xəstəxanadan Publika.az-a bildirilib ki, yaralılar reanimasiya şöbəsindədirlər. Vəziyyətləri kafidir.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində hadisənin təfərrüatları araşdırılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm