Maştağada narkotik plantasiyası aşkarlandı
Bizi izləyin

Qırmızı.az

Maştağada narkotik plantasiyası aşkarlandı

Bakının Maştağa qəsəbəsində narkotik plantasiyası aşkarlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən Publika.az –a verilən məlumata görə, narkotiki əkib-becərən qəsəbə sakini 53 yaşlı Ağahüseyn Ağamov artıq tutulub.

Sabuçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən isə Publik.az –a bildirilib ki, polis əməkdaşları onun yaşadığı Maştağa qəsəbəsi, Xanlar küçəsindəki həyətyanı sahədən ümumi çəkisi 28 kiloqram 300 qram olan 201 ədəd çətənə kolu və 960 qram qurudulmuş marixuana aşkar edərək götürüblər. O, isitinaqa narkotiki həyətində xüsusi aqrotexniki qulluq vasitəsilə əkib becərdiyini etiraf edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm