"Ordumuzun döyüş ruhu düşmənə qalib gəlməyə yetərlidir" - MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

"Ordumuzun döyüş ruhu düşmənə qalib gəlməyə yetərlidir" - MÜSAHİBƏ

Bu fikir həqiqətəuyğun deyil. . Əsgərlərimizin mənəvi-psixioloji durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün bütün imk

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Vaqif Dərgahlının müsahibəsi

- Hazırda cəbhə xətti boyu ümumi vəziyyət necədir? Gərginliklər əsasən cəbhənin hansı istiqamətləri boyu hiss edilir? Bu nə ilə əlaqədardır?

- Son günlər qoşunların təmas xəttində vəziyyət gərgin olaraq qalır. Ermənistanla dövlət sərhədi boyu və işğal olunmuş ərazilərdə, əsasən Füzuli, Ağdam, Tərtər, Goranboy, Xocəvənd, Cəbrayıl istiqamətində son günlər gərginlik daha cox yasanır. Düşmən tərəfdən bu istiqamətlərdə atəşkəs rejimi demək olar ki, hər gün pozulur. Yanvarın 21-dən 29-dək düşmən tərəfi atəşkəs rejimini 1380 dəfə pozub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulur.

Gərginliyin hansısa bir amillə əlaqələndirilməsi isə düzgün deyil. Bu gərginlik daim mövcud olub. Son günlərdə isə atəşkəs rejiminin pozulması halları çoxalıb, atəşin intensivliyi isə daha da artıb.

- Son günlər cəbhə xəttində erməni silahlı birləşmələrinin diversiya xarakterli əməliyyatlarının qarşısı alınarkən ümumilikdə təxminən nə qədər erməni hərbçi məhv edilib və həmin hərbçilər hansı qoşun növünə aid olublar?

- Düşmənin kəşfiyyat-diversiya qruplarının qarşısı əsgərlərimizin sayıqlığı nəticəsində dərhal alınır və düşmən geri çəkilməyə məcbur edilir. Ermənilərin itkiləri barədə bizdə məlumatların statistikası aparılmır. Ancaq Ermənistan kütləvi informasiya vasitələrinin məlumatlarında onlarla erməni hərbçinin məhv edilməsi haqqında informasiyalar yer alıb.

Yanvar 28-də də Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərərkən müdafiənin ön xəttində yerləşən bölmələrimiz düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayanı silahlı və yaralı vəziyyətdə ələ keçirib.

Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırmalar aparılır.

- Erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, eləcə də torpaqlarımızın işğaldan azad edilməsi üçün Ordunun döyüş hazırlığını artırmaq, eləcə də maddi-texniki bazasını gücləndirmək məqsədilə son zamanlar daha hansı işlər görülür?

- Silahlı Qüvvələrimizin döyüşə hazırlığının daim artırılması, eləcə də maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində atılan addımlar planlı şəkildə, mütəmadi olaraq həyata keçirilir. Bu istiqamətdə görülən işlər Müdafiə Nazirliyinin rəhbərliyinin daim diqqətindədir və uğurla davam edir.

Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin rəhbərliyi altında Müdafiə Nazirliyində keçirilən müşavirədə də Silahlı Qüvvələrin döyüşə hazırlığı və hərbi qulluqçuların döyüş əzmi bir daha yüksək qiymətləndirilib.

- Bəzi yerli və xarici KİV-lərdə, eləcə də sosial şəbəkələrdə Azərbaycanla Ermənistan arasında müharibənin başlayacağı barədə dəqiqləşdirilməmiş məlumatlar yayılır. Buna münasibətiniz necədir?

- Biz ehtimallara yox, faktlara istinad edirik. Fakt isə ondan ibarətdir ki, hazırda qoşunların təmas xəttində vəziyyət gərgin olaraq qalmaqdadır.

- Cəmiyyətdə bəzi qüvvələr KİV-lərdə və sosial şəbəkələrdə Azərbaycan Ordusunun döyüş hazırlığı haqqında inamsızlıq ruhu aşılayan fikirlərlə çıxış edirlər. Buna əks arqument olaraq nə deyə bilərsiniz?

- Bu fikir həqiqətəuyğun deyil. Ordumuzun döyüş ruhu, hazırlığı düşmənə cavab verməyə, ona qalib gəlməyə yetərlidir. Əsgərlərimizin mənəvi-psixioloji durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün bütün imkanlara malikdir. /TREND/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm