Ermənilər dünənki atışmada bir itki verdiklərini etiraf etdilər
Bizi izləyin

Qırmızı.az

Ermənilər dünənki atışmada bir itki verdiklərini etiraf etdilər

Dünən Azərbaycan tərəfinin diversiya əməliyyatının qarşısının alınması zamanı bir erməni əsgəri ölüb, ikisi yaralanıb.

Axar.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə naziri Seyran Ohanyan məlumat verib.

Yaralanan iki erməni əsgərinin vəziyyətinin ağır olduğu bildirilir. Ermənistan mediası ölən əsgərin 1994-cü il təvəllüdlü Xaçatur Badasyan olduğunu açıqlayıb.

Xatırladaq ki, Ermənistan ordusu ötən gecə Tovuzun Əlibəyli kəndini gülləbaran edib, nəticədə iki nəfər mülki şəxs – 52 yaşlı Anya Ələkbərova və 17 yaşlı Fərid Məmmədov ağır yaralanıb.

Hərbi mənbələrə istinadla ermənilərin dünənki hücum zamanı 3 əsgər itirdiyi barədə isə Axar.az saytı olaraq biz məlumat vermişdik. Mənbəmizin sözlərinə görə, Ermənistan ənənəvi olaraq yenə itkilərinin sayını gizlədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm