Bu günün tarixi (27.07.2014)
Bizi izləyin

Qırmızı.az

Bu günün tarixi (27.07.2014)

Miladi: 27 iyul 2014
Hicri: 29 Ramazan 1435

İlin 208-ci günü
İlin sonuna 157 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.09
Günəş - 06.32
Zöhr - 13.51
Əsr - 18.24
Məğrib – 21.18
İşa – 22.55

1612-ci ildə Osmanlı padşahı IV Murad dünyaya gəlib

1804 - Rusiya-İran müharibəsində (1804-1813) ilk toqquşma - Üçmüədzin döyüşü olub. İrəvan xanlığı ərazisində, Üçmüədzin kəndi (indiki Ermənistanın Eçmiədzin rayonu) yaxınlığında baş verən döyüşdə rus qoşunları məğlub olublar. Bunun ardınca, Qəmərli kəndi yaxınlığında ikinci döyüşdə də məğlub olan ruslar geri çəkiliblər. Lakin 1805-ci ilin əvvəlində, Şəki və Qarabağ xanlıqları istiqamətində yürüşə başlayan ruslar hər iki xanlığı ələ keçiriblər.

1824-cü ildə fransız yazıçı Aleksandr Düma anadan olub

1826-cı ildə Gəncədə Rusiya müstəmləkəçiliyi əleyhinə güclü üsyan baş verib. Bu, Gəncə xanlığının 1804-cü ildə Rusiya tərəfindən işğalından sonra çar üsul-idarəsinə qarşı ilk kütləvi çıxış idi. Üsyan rus qoşunları tərəfindən amansızlıqla yatırılıb.

1835-ci ildə italyan şairi və tənqidçisi, 1906-cı il Nobel Ədəbiyyat Mükafatı laureatı Cozue Karduççi anadan olub

1841-ci ildə rus şair və yazıçısı Lermontov vəfat edib

1914-cü ildə Avstriya Serbiyaya müharibə elan etdi və I Dünya müharibəsi başladı

1921-ci ildə Suriyanın eks-prezidenti Əmir Hafiz Əsəd anadan olub

1953-cü ildə 2 milyondan çox insanın həlak olduğu Koreya müharibəsi başa çatıb

1957-ci ildə Kiprdə Türk müqavimət hərəkatı yaradıldı

1964-cü ildə ABŞ-da zəncilər Federal məhkəməyə müraciət etmək hüququ əldə edib

1980-ci ildə İranın sabiq şahı Məhəmməd Rza Pəhləvi vəfat edib

1997 - Prezident Heydər Əliyev ABŞ-a ilk rəsmi səfərə gedib. Avqustun 6-dək davam edən səfər gedişində Azərbaycan prezidenti əvvəlcə Nyu-Yorkda BMT-nin baş katibi Koffi Annan, NATO-nun baş katibi Xavyer Solana ilə, ABŞ-ın biznes dairələri ilə görüşlər keçirmişdi. Avqustun 1-də Ağ evdə ABŞ prezidenti Bill Klintonla danışıqlardan sonra iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini elan edən Birgə bəyannamə imzalanıb. Bundan əlavə, Azərbaycanın ABŞ-ın "Shevron", "Exxon", "Mobil" və "Amoco" şirkətləri ilə neft müqavilələri də Ağ evdə imzalanıb.

2002-ci ildə Ukraynada hava nümayişi vaxtı qırıcı təyyarənin qəzaya uğraması nəticəsində 77 tamaşaçı həlak oldu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm