Bakıda avtomobil qəzası
Bizi izləyin

Qırmızı.az

Bakıda avtomobil qəzası

Bakının Nərimanov rayonu ərazisində yol qəzası baş verib.

Hadisə Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınıb.

“Lexus” və “Audi” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Yol-Patrul Xidməti əməkdaşlarının hadisə yerində apardığı ilkin araşdırma nəticəsində müəyyən edilib ki, “Lexus” markalı avtomobil Z.Bünyadov prospekti ilə hərəkət edirmiş. Maşının sürücüsü “Yol ver” nişanına əməl etməyib və Azadlıq prospekti ilə hərəkətdə olan “Audi”ni vurub. Hadisə nəticəsində “Audi”nin sürücüsü xəsarət alıb. Onun xəsarətinin yüngül olduğu bildirilir.

Qəza ilə əlaqədar Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində tıxac yaranıb. Qəzaya uğrayan avtomobillər evakuasiya edildikdən sonra nəqliyyatın normal hərəkəti tədricən bərpa olunub.

Qəzanın təfərrüatları araşıdrılır. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm