Qırmızı.az
Şok: nişanlı qızı dayısı qaçırdı
Türkiyənin Erzurum vilayətindəki Aşkale rayonunda yaşayan 17 yaşlı Qonça Ç. yoxa çıxıb. Ailəsi onu arayır, polis Qonçanı son dəfə görənlərin şahid ifadələrini alır.
Milli.Az DHA-ya istinadən bildirir ki, Muammer və Sevim Ç.-nin 6 övladından 5-cisi ollan 17 yaşlı Qonça səhərə yaxın evi tərk edib. Ailəsi səhər açılanda onu yataqda görməyəndə hər yeri aramağa başlayıb. Nişanlı qızın əynində yalnız pijama, anasının ayaqqabılarını geyərək yoxa çıxmasının səbəblərini bilməyən valideynlər polisə və jandarmeriyaya üz tutublar.
Olayın səbəbləri sonradan bilinib.
Qonçanın atası Muammer deyir: "Qızım nişanlıdır, bu yaxınlarda toyu olmalıdır. Onun anası və bacı-qardaşları ilə münasibətləri yaxşı deyildi. Qızımın Trabzonda, Akçaabat səmtində yaşayan 26 yaşlı dayısı Birol Y. ötən ay evimizdə idi. 20 ildir ki, arvadımın ailəsi və qohumları ilə görüşmürdük, danışmırdıq. Mirasla bağlı problemlərimiz var. Amma sən demə, dayısı ilə Qonça arasında münasibətlər əla imiş.
Həmin gün Qonça bacısı Qamze ilə xəstəxanaya gedəcəkdi. Səhər yuxudan duranda Qonçanı evdə görmədik. Əynindəki pijama ilə yoxa çıxmışdı. Üstəlik, anasının ayaqqabılarını geymişdi. Dayısına zəng vurduq, Birolun telefonu cavab vermədi.
Sonra öyrəndi ki, Birol əmisi oğluna "Ərzuruma qız qaçırmağa gedirəm" deyib maşın istəyib. Maşını ona veriblər, Birol da evdəki pulları və qızılları götürüb yoxa çıxıb.
O gündən bəri Qonça və Birolun harada olduğunu bilmirik. Qızımı dayısı qaçırıb, özü də zorla", - Müammer Ç. deyib.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom