• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Yasamalda hündürmərtəbəli binada yanğın olub - VİDEO

Yasamalda hündürmərtəbəli binada yanğın olub - VİDEO

Paytaxtın Yasamal rayonunda yanğın baş verib.

Hadisə Şərifzadə küçəsi 31-59 ünvanında tibbi avadanlıqların satıldığı hündürmərtəbəli binanın zirzəmisində baş verib. Yanğın barədə məlumat daxil olan kimi əraziyə Yasamal Rayon Dövlət Yanğından Mühafizə xidmətinin 4 avtomaşını və canlı qüvvəsi cəlb edilib. Qısa zamanda hadisə yeri yanğınsöndürənlər tərəfindən nəzarətə götürülüb.

Alovun binanın yuxarı mərtəbələrinə və tibbi avadanlıqların satıldığı mağazaya keçməsinə isə imkan verilməyib. Yanğının binanın zirzəmisindən keçən elektriknaqillərində baş verən qısaqapanma səbəbindən meydana gəldiyi ehtimal olunur. Dəqiq səbəblər isə araşdırmalardan sonra məlum olacaq./ANS/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR