Yanğın bir ailəni evsiz qoydu
Bizi izləyin

Qırmızı.az

Yanğın bir ailəni evsiz qoydu

Şamaxıda 4 otaqlı ev yanaraq külə dönüb.

Publika.az-ın Kanal S-ə istinadən məlumatına görə, hadisə ötən gün axşam saatlarında Kiçik Xınıslı yaşayış massivində qeydə alınıb. Şamaxı sakini Rəşad Əliyevə məxsus 4 otaqlı ev anidən yanmağa başlayıb.Yanğın zamanı ailə evdə olub. Hadisəyə səbəb külək nəticəsində yaxınlıqdan keçən elektrik naqillərində baş verən qısaqapanma olub.

Evin tavan hissəsindən başlayan yanğının əhatə dairəsi böyüməyə başlayıb.

Ev sahibinin iddialarına görə, yanğınsöndürənlərin hadisəyə gec müdaxiləsinə görə yanğının qarşısını almaq mümkün olmayıb.Yanğın zamanı evdən heç bir əşya çıxarmaq mümkün olmayıb.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm