FHN 21 yaşlı batan gənci tapdı
Bizi izləyin

Qırmızı.az

FHN 21 yaşlı batan gənci tapdı

Ötən gün Yuxarı Şirvan kanalında batan gəncin axtarışları başa çatıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bədbəxt hadisə ilə bağılı nazirliyin “112” qaynar telefon xəttinə müraciət ötən gün daxil olub və axtarışlara başlanılıb.

Bu gün isə nazirliyin yaydığı məlumatda bildirilir ki, Yuxarı Şirvan kanalının Göyçay rayonu, Hacalıkənd kəndi ərazisindən keçən hissəsində (“Mingəçevir” sularda xilasetmə məntəqəsindən, təxminən, 130 km məsafədə, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Vüsal Fazil oğlu Şıxəliyevin batmış cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 5 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Əməliyyat saat 04:00-da başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm