Ötən gecənin qara olayları - Xronika
Bizi izləyin

Qırmızı.az

Ötən gecənin qara olayları - Xronika

12 Punto14 Punto16 Punto18 Punto

Axar.az FHN-nin rəsmi saytına istinadən bu gecə ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim edir:

Saatlı rayonu, Soltanabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı tikintisi başa çatmamış evin tavanının yanar konstruksiyaları 70 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 76 kv.m olan birmərtəbəli 3 otaqlı kürsülü evin mətbəxinin taxtadan ibarət tavanı 12 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yuxarı Şirvan kanalının Göyçay rayonu, Hacalıkənd kəndi ərazisindən keçən hissəsində (“Mingəçevir” sularda xilasetmə məntəqəsindən, təxminən, 130 km məsafədə, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Vüsal Fazil oğlu Şıxəliyevin batmış cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 5 km aralıda tapılaraq sudan çıxarılmış və aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 04:00-da başa çatıb.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qaıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 18-ci mərtəbədə qonşu mənzilin eyvanindan 16-cı mərtəbədə yerləşən mənzilin eyvanına enərək daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkar edilib. Əməliyyat saat 23:58-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm