Yanğının Azərbaycanın nəzarətində olan əraziyə keçməsinin qarşısı alınıb
Bizi izləyin

Qırmızı.az

Yanğının Azərbaycanın nəzarətində olan əraziyə keçməsinin qarşısı alınıb

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yanğının Azərbaycanın nəzarətində olan əraziyə keçməsinin qarşısı alınıb və yanğın gecə saatlarında söndürülüb. Yanğın neytral ərazidə baş verdiyi üçün nə qədər ərazini əhatə etdiyini müəyyənləşdirmək mümkün olmayıb.

Xatırladaq ki, iyulun 27-də saat 13 radələrində işğal altındakı Ağdərə rayonunun İncə çay ərazisindəki neytral zonada yanğın baş verib. Yanğının yaxınlıqdakı Goranboyun Yeni Hacıkənd Meşəbəyiliyinin 9 saylı dolayına keçməsinin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi hadisə yerinə cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm