Məhkuma çörəyin içində telefon keçirmək istədilər - FOTO
Bizi izləyin

Qırmızı.az

Məhkuma çörəyin içində telefon keçirmək istədilər - FOTO

Bakıdakı 3 saylı İstintaq Təcridxanasına telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Şəhriyar Elbrus oğlu Hüseynova dostu vətəndaş Əsgər Fərmayıl oğlu Mehdiyevin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanə onun gətirdiyi çörəyin içərisindən 1(bir) ədəd "Ken Xin Da" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, təcridxanada saxlanılan Şəhriyar Hüseynov Cinayət Məcəlləsinin 170.1; 29, 177.2.1; 177.2.2 və 177.2.4 maddələrinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm