• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bakıda narkotik satanlar tutuldu

Bakıda narkotik satanlar tutuldu

Bakı şəhər sakinlərinin üzərindən istehlak miqdarından artıq narkotik aşkarlanıb.

Nərimanov Rayon Polis İdarəsindən Publika.az–a verilən məlumata görə, Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları 49 yaşlı Əlibaba Mehdiyevin üzərindən 1 kq-ya yaxın marixuana aşkarlayiblar.

Polisin həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində müəyyən edilib ki, o, narkotik vasitə olan marixuananı tanışı 31 yaşlı Əliverdi Nəbiyevdən pulla alıb.

Beləliklə, narkotik maddənin satışında günahlandırılan Ə.Haqverdiyev də tutulub. Onun üzərinə baxış keçirərkən iki kibrit qutusunda istehlak miqdarından artıq, yəni 2 kq-ya yaxın marixuana götürülüb.

Faktla bağlı hər iki şəxs barəsində Nərimanov Rayon Polis İdarəsndə cinayət işi açılıb.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR