Payaxtda quş oğruları tutuldu
Bizi izləyin

Qırmızı.az

Payaxtda quş oğruları tutuldu

Polis quş oğurluğunda şübhəli bilinən dəstəni zərərsizləşdirib.

Sabunçu Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, əvvəllər məhkum olunan Yevlax rayon sakini, 29 yaşlı Rafael Quliyev və Ağcabədi rayon sakini, 48 yaşlı Mahir İsmayılov tutulub.

Polis müəyyən edib ki,onlar Zabrat qəsəbəsində İstixana Kombinatının həyətində yaşayan Həbib İbrahimova məxsus 80 ədəd quş, Tahir Rəsulovun həyətindən 28 ədəd toyuq, Maştaga qəsəbəsində Savalan massivində yaşayan Balağa Qədirovun həyətindən 51 ədəd hind quşu, 67 ədəd isə toyuq oğurlayıblar. Keçirilən əməliyyat tədbiri nəticəsində onlar məsuliyyətə cəlb olunublar.

Faktla bağlı Rafael Quliyev və Mahir İsmayılov barəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm