Bakıda satıcı döyüldü, kassadan pul aparıldı
Bizi izləyin

Qırmızı.az

Bakıda satıcı döyüldü, kassadan pul aparıldı

Paytaxtda ərzaq mağazalarının birində soyğunçuluq cinayəti baş verib.

Nəsimi Rayon Polis İdarəsindən Publika.az–a verilən məlumata görə, Ağdam rayon sakini 49 yaşlı Nazim Bağıraov mağazada satıcı işləyən qadına qarşı soyğunçuluq edib.

Belə ki, o, Nəsimi rayonu ərazisində ərzaq mağazasına daxil olub, orada satıcı işləyən Təzəgül Musauevanı döyüb. Sonra da kassada olan 180 manat pulu götürərək qaçıb. Əməliyyat tədbiri nəticəsində N.Bağırov saxlanılaraq əməlini etiraf edib.

Onun cinayət əmıli ilə bağlı araşdirmalar aparılır. Faktla baglı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm