18 yaşlı gənc maşın oğurladı
Bizi izləyin

Qırmızı.az

18 yaşlı gənc maşın oğurladı

Bakıda 18 yaşlı maşın oğrusu tutuldu. Binəqədi Rayon Polis İdarəsindən Publika.az–a verilən məlumata görə, Biləcəri qəsəbəsi ərazisində yaşayan İlham Məmmədova məxsus «VAZ-21011» markalı avtomobili qaçıran 18 yaşılı Aydın Aydınlı əməlini bu şəkildə etiraf edib:

“Pulum yox idi deyə bu cinayəti törətdim. Rayona getməli idim, pul tapa bilmədim. Mən də “VAZ 21011”-i qaçırtdım. "VAZ" markalı maşınların qapısını açmaq asan olur. Məqsədim maşını aparıb yaşadığım Beyləqan rayonunda satmaq olub”.

Saxlanılan şəxs axtarışa verilərkən polis əməkdaları həmin avtomobili saz vəziyyətdə Beyləqan rayonunda aşkar ediblər.

Avtomobili qaçıran rayon sakini 18 yaşlı Aydın Aydınlı tutularaq Bakıya gətirilib və Binəqədi Rayon Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm