Yeni Komitə sədrindən Ramazan təbriki
Bizi izləyin

Qırmızı.az

Yeni Komitə sədrindən Ramazan təbriki

Mübariz Qurbanlı Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib.

Prezidentin sərəncamı ilə iyulun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilən Mübariz Qurbanlı Azərbaycan xalqını təbrik edib. Komitə sədri öz facebook səhifəsindən yazdığı təbrik mesajında bunları qeyd edib:

"Hörmətli dostlar, əziz həmvətənlər! Sizin hər birinizi mübarək Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, Uca Allahdan sizlərə xoşbəxt və firavan həyat arzulayıram! Tutduğunuz orucların, Vətənimizin əmin-amanlığı, şəhidlərimizin əziz ruhları üçün etdiyiniz duaların Tanrı dərgahında qəbul olunmasını diləyirəm. Süfrəniz xeyir-bərəkətli, canınız sağlam olsun! Mənə ünvanladığınız bayram təbriklərinə görə də Sizlərə təşəkkürümü bildirirəm!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm