Orxan Zeynalova 17 il iş kəsildi (FOTO)
Bizi izləyin

Qırmızı.az

Orxan Zeynalova 17 il iş kəsildi (FOTO)

Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəməsi baş tutub.

Publika.az-ın məlumatına görə, bu gün Moskva şəhər məhkəməsi Yeqor Şerbakovun qətlində Azərbaycan vətəndaşı Orxan Zeynalovu günahkar hesab edərək, onu ciddi rejimin koloniyasında 17 il müddətinə məhkum edib.

Bundan əlavə olaraq hakim Nikolay Tkaçuk vəfat etmişin atasına zərər çəkmiş vətəndaş iddiası ilə 3 milyon rubl kompensasiya ödənilməsini tələb edib.

Qeyd edək ki, O.Zeynalov bir necə gün öncə məhkəmədə ifadəsində Yeqor Şerbakovu qətlə yetirmədiyini söyləyib: "Hadisə baş verən gün Moskvada olmamışam. Həmin gün yaşadığım Kolomno şəhərində idim".

İlkin istintaqa verdiyi ifadəsini təkzib edən Orxan saxlanılan zaman hüquq-mühafizə orqanları tərəfindən vəhşicəsinə döyüldüyü üçün yanlış ifadə verdiyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm