Azərbaycanda bayram namazının vaxtı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda bayram namazının vaxtı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanda Müqəddəs Ramazan ayının bayram namazı Sabah səhər saat 8:00-da Bakıdakı Əjdərbəy məscidində, saat 9:00-da isə QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Təzəpir məscidində qılınacaq.

Əvvəlcədən xəbər verildiyi kimi, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fətvasına uyğun olaraq, AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatlarına əsasən, Azərbaycan səmasında yeni Ayın-Şəvvalın hilalının görünməsi vaxtından asılı olaraq ölkə ərazisində Ramazan bayramı namazının iyulun 28-də və yaxud 29-da qılınacağı bildirilirdi. İyulun 27-dən 28-nə keçən gecə Azərbaycan ərazisində yeni Ayın hilalı müşahidə edilmədiyindən ölkəmizdə Ramazan ayının bayram namazı iyulun 29-u səhər saat 9:00-a təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm