
Bu axşam dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas
edilib.
Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən
verdiyi xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonunda dənizdə (ən
yaxın xilasetmə məntəqəsindən 500 metr aralı, nəzarət olunmayan
ərazidə) batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Nazirliyin
“Qaradağ-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri
tərəfindən xilas olunub.
Əməliyyat saat 19:20-də başa çatıb.