30 yaşlı qadın vəhşicəsinə döyüldü və soyuldu
Bizi izləyin

Qırmızı.az

30 yaşlı qadın vəhşicəsinə döyüldü və soyuldu

Ötən gün Bakıda 30 yaşlı qadın küçənin ortasında vəhşicəsinə döyülüb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə Naxçıvanski küçəsində baş verib.

Küçənin ortasında naməlum şəxs Aytəkin Hacıyevanı döyüb. Naməlum şəxs qadını vəhşicəsinə döydükdən sonra onun əlində olan pul kisəsi alıb və hadisə yerindən qaçıb.

Hadisədən sonra dərhal əməliyyat-axtarış tədbirləri başlanılıb. Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən 1983-cü il təvəllüdlü Kürdəmir rayon sakini Orxan Seyidov tutulub.

Faktla bağlı araşdırma aparılır. (anspress)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm