Qırmızı.az
Yanğın qoruq ərazisinə ziyan vurdu
İyulun 29-da Hirkan Milli Parkının Haftoni meşəbəyiliyinin 23 saylı dolayında yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, naməlum səbəblərdən baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikasının səyi nəticəsində söndürülüb.
Yanğın nəticəsində Qoruğun 1 hektar ərazisinə ziyan dəyib.Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.
İyulun 30-da da gecə saatlarında Qax rayonu, Alatəmir kəndində meşə torpaqları ilə sərhəddə yerləşən kənd bələdiyyəsinə məxsus ərazidə yanğın hadisəsi baş verib.
Dərhal əraziyə cəlb olunmuş Qax Meşə Mühafizəsi və Bərpası
Müəssisəsinin və Fövqəladə Hallar Nazirliyinin
Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri
nəticəsində yanğının qarşısı tam alınaraq meşə torpaqlarına
keçməsinə imkan verilməyib. Hadisə nəticəsində biçilmiş taxıl
sahələri və kol örtüyünə ziyan dəyib.
Gülxar
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO