Bakıda gözəllik salonlarını qarət edən tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakıda gözəllik salonlarını qarət edən tutuldu

Nəsimi və Səbail rayonlarında mənzilləri, mağazaları, gözəllik salonlarını qarət edən şəxs saxlanılıb.

Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Cəlilabad rayon sakini, 42 yaşlı Əfqan Xudiyev rayon ərazisində Namiq Məmmədovun mənzilindən pul və qızıl-zinyət əşyaları, Elman Cəfərova məxsus ofisdən 2 ədəd televizor və noutbuk oğurlayıb.

Onun silsilə cinayətləri bununla da bitməyib. Bir neçə gün sonra isə rayon ərazisində yerləşən ərzaq mağazasından 1000 manat pul, telefon satışı mağazasından disklər, saatlar və mobil telefon, 4470 manat pul, yaxınlıqdakı mağazadan 8325 manat pul, qadın geyimləri, gözəllik salonundan isə 3800 manat və 1454 ABŞ dolları oğurlayıb.

Nəsimi polisinin keçirdiyi əməliyyat tədbiri nəticəsində Ə.Xudiyevin üzərindən narkotik maddə olan heroin də aşkar edilib. O, istintaqa ifadəsində narkotikə olan təlabatını ödəmək səbəbindən oğurluq etdiyini deyib.

Bundan başqa Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları saxlanılan şəxsin Səbail rayonunda törətdiyi cinayəti də aşkar ediblər. Belə ki, o, iki gözəllik salonunu qarət edərək salondan 1025 manat pul, ətriyyat, büjiteriya və qadın saatları oğurlayıb.

Əvvəllər də oğurluq etdiyinə görə məhkumluq həyatı yaşayan Ə.Xudiyevin başqa cinayətlərdə iştirakı araşdırılır. Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm