Nazirlik ana ölümünün səbəbini açıqladı
Bizi izləyin

Qırmızı.az

Nazirlik ana ölümünün səbəbini açıqladı

Səhiyyə Nazirliyi Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınan ana ölümünün ilkin səbəbini açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Publika.az-a açıqlamasında ölüm səbəbinin Doğuşayardım Komissiyası tərəfindən araşdırıldığını bildirib.

“1984-cü il təvəllüdlü Nuranə Əliyeva qeysəriyyə əməliyyatı olub. İlkin məlumata görə, ana tromboemboliyadan dünyasını dəyişib. Komissiyanın araşdırmasından sonra ölüm səbəbi dəqiq bilinəcək”.

Qeyd edək ki, iki gün öncə Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Nuranə Əliyeva doğuş üçün 3 saylı Şəhər Klinik Xəstəxanasının aparılıb.

Əməliyyat nəticəsində uşaq ana bətnindən götürülüb. Lakin N. Əliyeva narkozdan ayılmayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm