Polis 4 nəfərdən 6 kq-a yaxın narkotik götürdü
Bizi izləyin

Qırmızı.az

Polis 4 nəfərdən 6 kq-a yaxın narkotik götürdü

4 nəfərdən ibarət dəstə üzvündən 6 kiloqrama yaxın narkotik maddə olan tiryək aşkar edilərək götürülüb.

Cəlilabad rayon polis şöbəsinin istintaq bölməsindən Publika.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhər sakinləri Sahib Ağayev, Mirsadiq Sadıqov, Bakı şəhər sakinləri Pərviz Musayev və Elnur Babayev saxlanılıb. Onların üzərindən 6 kiloqrama yaxın tiryək götürülüb. Onlar narkotiki İran vətənaşından aldıqlarını bildiriblər. Eyni zamanda, onlar narkotikə meyilli olduqlarını da polisdən gizlətməyiblər.

Qeyd edək ki, dəstə üzvlərindən biri olan Sahib Ağayev əvvəllər də məhkumluq həyatı yaşayıb.

Onlar barəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm