Sumqayıtda qan töküldü
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda qan töküldü

Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Şəhər prokurorunun köməkçisi Pərviz Əliyevin Publika.az-a verdiyi məlumata görə, hadisə şəhərin Kimyaçılar qəsəbəsi ərazisində olub.

Qəsəbə sakini Kamil Məmmədov münaqişə zəminində həmyerlisi Rasim Əliyevə bıçaqla xəsarət yetirib. R. Əliyev bıçaq zərbəsindən hadisə yerindəcə dünyasını dəyişib. Hadisəni törədən K.Məmmədov isə polis əməkdaşları tərəfindən tutulub. İlkin məlumata görə, hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. Qətlin təfərrüatları araşdırılır.

Qeyd edək ki, K. Məmmədov əvvəllər də məhkum olunub. Onun barəsində Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm