Feysbuk istifadəçilərinə bəd xəbər - təhlükəli virus yayılıb
Bizi izləyin

Qırmızı.az

Feysbuk istifadəçilərinə bəd xəbər - təhlükəli virus yayılıb

Son günlər Feysbuk sosial şəbəkəsində təhlükəli virus yayılıb. Zərərli proqram dostlar tərəfindən sosial şəbəkədə yerləşdirilmiş video və ya fotoşəkil vasitəsilə gəlir. Virus olan linklər məktub və ya paylaşma şəklində gəlir. Bu zaman istifadəçinin işarələndiyi bildirilir. İstifadəçi dostlar tərəfindən gələn linki açmaq istədikdə brauzer üçün həmin linkin yüklənməsi xahiş edilir. Bundan sonra kompüterə düşən zərərli proqram təminatı kompüterdə olan istənilən məlumata yol açır. Belə olan halda isə avtomatik olaraq sizin profilinizdən dostluğunuzda olan insanların profilinə məktub və ya paylaşma şəklində linklər gedir ki, həmin linklər də özlüyündə virus daşıyıcılarıdır. Tez bir zamanda minlərlə insanın kompüterinə düşən bu təhlükəli virus qısa zaman ərzində kompüterin iş fəaliyyətini sıradan çıxarır. Bu virusdan yaxa qurtarmaq o qədər də asan deyil. Belə ki, brauzer ayarlarının yolunu bağlayan virus anti-virus proqramının fəaliyyətinə imkan vermir və beləcə qısa zamanda kompüteri sıradan çıxarır. Həmin virusu kompüterdən silmək də mümkün deyil. Virusu kompüterdən təmizləmək üçün onun formatına ehtiyac yaranır.

Tədqiqatçıların fikrinə görə, şifrələrdəki rəylərə əsasən, virus Türkiyə xakerləri tərəfindən yayılıb. Onun hansı məqsədlə sosial şəbəkələrdə yayıldığı isə hələ ki, məlum deyil. Saatda 40 min həmlə ilə yayılan təhlükəli virus artıq Chrome istifadə edən 800 mindən artıq kompüterin işini iflic edib. Məsələdən xəbərdar olan Google şirkəti istifadəçilərə sosial şəbəkələrdə yayımlanan naməlum linkləri açmamağı tövsiyə edir.

Hikmət Kərimoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm