• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Leyla Yunusa və həyat yoldaşına qarşı dövlətə xəyanət maddəsi üzrə ittiham elan olunub

Leyla Yunusa və həyat yoldaşına qarşı dövlətə xəyanət maddəsi üzrə ittiham elan olunub

Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusova qarşı ittiham elan olunub. Bu barədə Trend-ə vəkil Cavad Cavadov bildirib.


O qeyd edib ki, L.Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), A.Yunusov isə 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilirlər.


Vəkilin sözlərinə görə, istintaq A.Yunusovdan başqa yerə getməməklə bağlı iltizam alıb. L.Yunus isə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi rayon məhkəməsinə aparılıb.

Qeyd edək ki, L.Yunus və həyat yoldaşı Arif Yunusov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatında olan konkret cinayət işi üzrə şahid qismində dindirilmələri üçün istintaqa dəvət olunsalar da, üzrlü səbəblər olmadan istintaqa gəlməkdən qəsdən boyun qaçırıblar. Baş Prokurorluq bəyan etmişdi ki, L.Yunus və əri A.Yunusov istintaqa gəlməyəcəkləri tədqirdə, barələrində cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR