• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Göygöldə qəza: Ölən və yaralanan var

Göygöldə  qəza: Ölən və  yaralanan var

Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Gəncə şəhər sakini, 53 yaşlı Rəşad Həsənovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil Bakı sakini Ramin Əbdürrəhimovun idarə etdiyi “Ford” markalı avtomobillə toqquşub.

Göygöl rayon mərkəzi Xəstəxanasından Publika.az-a verilən xəbərər görə, xəstəxanaya müraciət edən “Ford”un sürücüsü yüngül xəsarətlərlə canını qurtarsa da, “VAZ 2107” markalı avtomobilin sürücüsü R.Həsənov və avtomobildə olan sərnişin Məlahət Quliyeva xəsarət alıblar. Onlar əməliyyat olunub, reanimasiya şöbəsindədirlər. Digər sərnişin Yeganə Xəlilova isə yerində dünyasını dəyişib

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR