Bakida barda tanış olduğu qadının başına oyun açdı - TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Bakida barda tanış olduğu qadının başına oyun açdı - TƏFƏRRÜAT

Qadına qarşı quldurluq edən gənc məhkəmədə ifadə verməkdən imtina etdi

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran rayon sakini, 1988-ci il təvəllüdlü Cahangir Yusubovun cinayət işi üzrə məhkəmə keçirilib. İttihama görə, Cahangir Yusubov ötən il dekabr ayının 16-da gecə saatlarında kirayə yaşadığı mənzildə - Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 109 saylı evdə Rəhimə Yusubovanı(onların familiyası eyni olsa da qohum deyillər-red.) bıçaqla hədələyərək onun üzərinə hücum çəkib. Bıçağın tiyəsi ilə qadının başına və əllərinə xəsarət yetirərək ona məxsus “Nokia” markalı mobil telefonu quldurluq yolu ilə ələ keçirib.Hadisənin ertəsi günü Cahangir Yusubov Yasamal Polis İdarəsi 27-ci bölməsinin əməkdaşları tərəfindən həbs olunub. Ona Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçən prosesdə Cahangir Yusubov Rəhimə Yusubovaya bıçaqla xəsarət yetirdiyini etiraf etsə də, hadisə ilə bağlı ifadə verməkdən imtina edib.

Zərərçəkmiş şəxs qismində istintaqa ifadə verən Rəhimə Yusubova rəfiqəsi ilə birgə kirayədə yaşadığını deyib. Onun sözlərinə görə, “Bugatti” barında ofisiant işləyib və pul müqabilində intim xidmət göstərib: “Dekabrın 15-də, saat təxminən 22:30 radələrində həmişəki kimi barda idim. Tanışım Rahibin bir nəfərlə bara gəldiyini gördüm. Həmin oğlanın adı Cahangir idi. O bizi masa arxasına dəvət etdi, rəfiqəm Aytənlə onların masasında əyləşdik. “RedBul” içib söhbətləşirdik.Cahangir və Rahiblə 100 manata intim əlaqədə olmağa razılaşdıq.

Rəfiqəm Aytəni də özümlə götürdüm. Elə barda ola-ola Cahangir hərəmizə 50 manat verdi. Bir saatlığa Cahangirin evinə getməyə razılaşdıq. Yolda Cahangir bir şüşə viski aldı. Viskini onun evində içdik.

Cahangir Aytənlə, Rahibsə mənimlə yaxınlıq etdi. Bundan sonra Cahangir onunla cinsi əlaqədə olmağımı təklif etdi. Məndə onunla razılaşmadım. Cahangir “əgər mənimlə yaxınlıq etməsən, səni buradan bayıra çıxmağa qoymayacam” - dedi. Məcbur onunla intim əlaqəyə girdim.

Bir qədər sonra getmək istəyəndə qarşımı kəsərək məni nalayiq söyüşlərlə söydü, evdən çıxmağa qoymadı.

Saat 02:00-da rəfiqəmlə yenidən evdən çıxmaq istədik. Cahangir bizim getmək istədiyimizi görüb üstümə şığıdı. Əlindəki bıçağı mənə tərəf tutaraq telefonumu əlimdən aldı, üstümdə olan pulları ona verməyimi tələb etdi. Telefonu ondan geri almaq istəyəndə saçımdan yapışaraq bıçağın dəstəyi ilə başıma, əllərimə zərbələr endirdi. Dediklərini etməyəcəyim təqdirdə məni öldürəcəyi ilə hədələdi”.

Zərərçəkmişin sözlərinə görə, rəfiqəsinə evdən qaçmasını və bardan kömək çağırmasını istəyib: “Aytən dərhal qapını açaraq küçəyə qaçdı. Rahib mübahisəyə müdaxilə edərək Cahangirdən telefonu geri qaytarmağı tələb etdi. Onların arasında mübahisə yarandı. Cahangirin fikrinin Rahibə yönəlməyindən istifadə edərək polisə təqdim etmək üçün masanın üstündən Cahangirə məxsus şəxsiyyət vəsiqəsini götürərək küçəyə qaçdım. Mənim evdən çıxdığımı görüncə tez-tələsik qapını bağlayıb harasa getdi. Çox keçmədi hadisə yerinə polis əməkdaşları gəldilər”.

Şahid qismində ifadə verən Rahib Babayev Rəhimə ilə uşaq evində bir yerdə böyüdüklərini göstərib: “Mən Cahangirə yaxınlaşıb sakitləşdirmək istədim. Amma o, həyəcanlı idi, məni dinləmək istəmirdi.

Biz Cahangirlə söhbət edən müddətdə Rəhimə stolun üstündən Cahangirə məxsus şəxsiyyət vəsiqəsini götürüb küçəyə qaçdı. Bunu görəndə Cahangir mənim qolumdan tutub çölə çıxartdı və qapını bağladı. Vəziyyətin bu cür olduğunu görüb evə qayıtdım”.

Məhkəmə iclası şahid ifadələri ilə davam edir.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm