Qocaların viaqra oğurluğu ...
Bizi izləyin

Qırmızı.az

Qocaların viaqra oğurluğu ...

Çikaqoda oğrular klinikadan 56 paket “Viaqra” oğurlayıblar. Hadisənin maraqlı tərəfi isə oğruların ahıl olmasıdır.

ANS PRESS-in məlumatına görə, 2 qoca oğru odlu silahla təhdid edərək 2 min dollardan çox dəyərdə olan 56 paket “Viaqra”nın arxasına keçib. Onların əlində silahlar səs boğucularla olub.

Cinayətin baş verməsi müşahidə kameralarına düşüb. Çəkilən kadrlarda görünür ki, təxminən 60 yaşlarında olan 2 qoca oğru günorta saatlarında klinikaya daxil olurlar. Silahlı ahıl quldurlar klinikanın işçilərini təhdid edərək onlardan preparatları istəyirlər. Gedərkən oğrulardan biri stolun üstündə gözünə sataşdığı noutbuku da götürüb çıxır. Oğurluq əməliyyatı qocaların 10 dəqiqəsini alır. Şəhər polisi ahıl xuliqanların axtarışı ilə məşğuldur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm