Sərxoş sürücü qəza törətdi
Bizi izləyin

Qırmızı.az

Sərxoş sürücü qəza törətdi

Bakının Xətai rayonunda sərxoş sürücü yol qəzası törədib. Publika.az-ın məlumatına görə, hadisə Afiyəddin Cəlilov küçəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşını yol kənarında dayanan başqa bir “Mercedes”ə çırpıb. Sürəti yüksək olan “Mercedes” daha sonra işıq dirəyinə dəyib.

Qəza nəticəsində avtomobillərə ziyan dəyib, işıq dirəyi isə əyilib.

Hadisə yerinə Yol-Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər. Məlum olub ki, qəzaya səbəb olan “Mercedes”in sərxoş sürücüsü hadisə yerini tərk edib. Maşın isə DYP əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb.

Faktı Xətai Rayon Dövlət Yol Polisi İdarəsi araşdırır. /musavat.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm