ATƏT cəbhə xəttində monitorinq keçirəcək
Bizi izləyin

Qırmızı.az

ATƏT cəbhə xəttində monitorinq keçirəcək

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 1-də Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Jiri Aberle keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və Piter Svedberq keçirəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm