Kənan MM-i tutduran Vüqar Muradov qadın həmkarını döyübmüş
Bizi izləyin

Qırmızı.az

Kənan MM-i tutduran Vüqar Muradov qadın həmkarını döyübmüş

Rejissor Kənan MM-i (Mahmudov) tutduran müğənni, “Yeni ulduz” müsabiqəsinin qalibi Vüqar Muradovla bağlı AzNews.az-a ilginc məlumatlar daxil olub.


Məlumatda qeyd edilib ki, bu, V. Muradovun polislə bağlı ilk işi deyil. Bundan əvvəl yolu hüquq-mühafizə orqanlarından keçən “Yeni ulduz” qalibi ötən il xanım sənətçilərdən birini (həmin sənətçinin adını bilsək də, yazmağı lazım bilmirik-İ.V) döyübmüş.

Mənbə bildirib ki, 2013-cü ilin avqustunda “Xəzər” televiziyasında yayımlanan “Bizim gün” verilişində qonaq olan Vüqar Muradov çəkilişdən sonra verilişin digər xanım qonağı ilə mübahisə edib. Nəticədə mübahisə söz atışmasına çevrilib və Muradov xanım həmkarına əl qaldırıb. Məsələ ilə bağlı polisə müraciət edilsə də, bununla bağlı Muradov məsuliyyətə cəlb edilməyib.


Qeyd edək ki, V. Muradov artıq Kənan MM barədə etdiyi şikayəti geri götürüb və rejissor sərbəst buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm